Real Manchester City-dən futbolçu aldı


İdman 28 Dek 2018 15:00:00 718 0

Real Manchester City-dən futbolçu aldı

Manchester City-nin yarımmüdafiəçisi Braim Dias karyerasını Real-da davam etdirəcək. 

Goal.az Marca nəşrinə istinadən xəbər verir ki, klublar arasında danışıq artıq müsbət nəticələnib. 18 yaşlı oyunçunun "şəhərlilər"lə müqavilə müddəti gələn ilin yayına qədərdir. Razılığa əsasən, Real qarşı tərəfə 15 milyon avro ödəyəcək. Dias yeni komandası ilə 6 illik müqavilə imzalayacaq. Onun illik məvacibi 3,5 milyon avro təşkil edəcək. 

Qeyd edək ki, Braim Dias bu ilin yanvarından Manchester City-nin əsas komandası ilə məşqlərdə iştirak edir.

"Mançester Siti"nin yarımmüdafiəçisi Braim Dias karyerasını "Real"da davam etdirəcək. Matç.az xəbər verir ki, bu barədə məlumatı "Marca" yayıb.Bildirilir ki, klublar arasında danışıq artıq müsbət nəticələnib. 18 yaşlı oyunçunun "şəhərlilər"lə müqavilə müddəti gələn ilin yayına qədərdi. Razılığa əsasən, "Real" qarşı tərəfə 15 milyon avro ödəyəcək. Dias yeni komandası ilə 6 illik müqavilə imzalayacaq. Onun illik məvacibi 3,5 milyon avro təşkil edəcək. Gələn həftə transferin rəsmən açıqlanması gözlənilir.Qeyd edək ki, Braim Dias bu ilin yanvarından "Mançester Siti"nin əsas komandası ilə məşqlərdə iştirak edir.