Evinə gəlib onu təhqir edən adamı bıçaqladı


Digərləri 28 Dek 2018 15:02:00 271 0

Evinə gəlib onu təhqir edən adamı bıçaqladı

Astara rayonunda 38 yaşlı kişi bıçaqlanıb.

Son.az report-a istinadən bildirir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində, 1 saylı çoxmərtəbəli yaşayış binasının qarşısında qeydə alınıb. 

Belə ki, Astara rayonunun Ərçivan qəsəbə sakini, 1979-cu il təvəllüdlü Pərviz Məhəmməd oğlu Fəttayev bədəninin bir neçə yerindən bədən xəsarətləri alıb. 

Məlumata görə, P.Fəttayev 1973-cü il təvəllüdlü Niyaz Akif oğlu Əliyevin yaşadığı ünvana gələrək onun barəsində təhqiramiz ifadələr işlədib. Nəticədə N.Əliyev evdən bıçaq götürətək həyətə düşüb və P.Fəttayevi bıçaqlayıb. Yaralının qohumları onu Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar.