Milli Məclis Prezident İlham Əliyevə məktub göndərəcək


Siyasət 28 Dek 2018 14:30:00 495 0

Milli Məclis Prezident İlham Əliyevə məktub göndərəcək

Milli Məclis Prezident İlham Əliyevə Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə bağlı təbrik məktubu göndərəcək.

Son.az report-a istinadən xəbər verir ki, bunu Milli Məclisin sədri Oqtay Əsədov parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Spiker, həmçinin parlamentin 2018-ci ildəki fəaliyyəti haqqında məlumat verib və qeyd edib ki, 2018-ci ildə parlament uğurla fəaliyyət göstərib, qanunvericilik bazasının gücləndirilməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi baxımından uğurlu bir il olub.