BakıGəncə sürət qatarının hərəkətinə 2 gün qaldı


Digərləri 28 Dek 2018 14:03:00 323 0

BakıGəncə sürət qatarının hərəkətinə 2 gün qaldı

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti 30 dekabr 2018-ci il tarixindən etibarən Bakı-Gəncə-Bakı istiqamətində yeni sürətli sərnişin qatarının hərəkətinə start verir.

Son.az bildirir ki, bu barədə Trend-ə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətindən məlumat verilib.

QSC-dən bildirilib ki, Bakı və Gəncə şəhərləri, eləcə də həmin xətt üzrə yerləşən rayonlarla nəqliyyat əlaqələrinin genişləndirilməsinə, həmçinin, əhalinin sosial sifarişinin ödənməsinə hesablanmış bu əməli iş müstəsna əhəmiyyət kəsb edir.