Gürcüstanda pirotexniki vasitələrdən 25 nəfər yanıq xəsarəti alıb


Dünya 28 Dek 2018 13:43:00 284 0

Gürcüstanda pirotexniki vasitələrdən 25 nəfər yanıq xəsarəti alıb

Gürcüstanda pirotexniki vasitələrdən istifadə nəticəsində 25 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.

Son.az report-a istinadən bildirir ki, xəsarət alanlar Yanıq Mərkəzinə müraciət ediblər.

Onların böyük əksəriyyətini 6-12 yaş arasında olan uşaqlar təşkil edir.