Yaşayış məntəqələrinin müfəssəl planlarının məcburi tətbiqi müddəti daha 1 il uzadılıb


Digərləri 28 Dek 2018 13:45:00 282 0

Yaşayış məntəqələrinin müfəssəl planlarının məcburi tətbiqi müddəti daha 1 il uzadılıb

Bu səbəbdən də müfəssəl planın məcburi tətbiqi müddəti daha 1 il uzadılıb

Azərbaycanda hazırda yerli icra hakimiyyətləri tərəfindən bütün şəhər və qəsəbə yaşayış məntəqələrinin və onların ərazisinin müəyyən hissələrinin müfəssəl planlarının hazırlanması və təsdiqi işi həyata keçirilməkdədir. .

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" qanununa təklif edilən dəyişiklikdə öz əksini tapıb.

"Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" qanunun 2.2-ci maddəsində tikinti layihələrinin şəhərsalma sənədlərinə uyğunluğuna məcəllənin 11.1-ci maddəsinin birinci cümləsində nəzərdə tutulmuş tələbin Məcəllənin qüvvəyə mindiyi 2013-cü il 1 yanvar tarixdən 7 il sonra tətbiq edilməsi nəzərdə tutulur.