Yanvar ayına olan hava proqnozu açıqlanıb


Digərləri 28 Dek 2018 13:46:00 233 0

Yanvar ayına olan hava proqnozu açıqlanıb

Yanvar ayında havanın orta aylıq temperaturun ölkə ərazisində qeyri-bərabər paylanması gözlənilir.

Bakı. Yanvar ayına olan hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, yanvar ayında havanın orta aylıq temperaturun ölkə ərazisində qeyri-bərabər paylanması gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi ərazilərdə isə bir qədər çox olacağı ehtimal olunur. Yanvar ayının ilk günlərində mülayim,əsasən yağmursuz hava şəraiti üstünlük təşkil edəcək. Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 3-4 dərəcə isti (gecələr 2-7 dərəcə isti, bəzi günlərdə 1-6 dərəcə şaxta, gündüzlər 7-12 dərəcə isti, bəzi günlərdə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 18-28 mm), bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir. Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 0-2 dərəcə şaxta, (gecələr 3-8, bəzi günlərində 11-16 dərəcə şaxta, dağlarda 18-23 dərəcə şaxta, gündüzlər 4-9 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 14-25 mm) olacağı gözlənilir. Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xoçalı həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında orta aylıq temperaturun 1-3 dərəcə şaxta (gecələr 2-7 dərəcə şaxta, bəzi günlərində 10-14 dərəcə şaxta, gündüzlər 2-7 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.