İcbari tibbi sığorta ilə bağlı 3 rayonda həyata keçirilən pilot layihələrin nəticələri


Digərləri 28 Dek 2018 13:32:52 531 0

İcbari tibbi sığorta ilə bağlı 3 rayonda həyata keçirilən pilot layihələrin nəticələri

İcbari tibbi sığorta ilə bağlı Azərbaycanın üç rayonunda həyata keçirilən pilot layihələrin nəticələri açıqlanıb

.

Son.az Trend-ə istinadən bildirir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev Milli Məclisdə bildirib ki, artıq üç rayonda Mingəçevir, Yevlax və Ağdaş rayonlarında pilot layihələr həyata keçirilir. O qeyd edib ki, pilot layihələr nəticəsində əhalinin tibbi xidmətə əlçatanlığı yaxşılaşıb, xəstəxanaların maliyyə mexanizminə dəyişiklik edilib.

O qeyd edib ki, pilot layihə həyata keçirilən ərazilərdə həkimlərin və tibb işçilərinin əmək haqlarına da dəyişiklik edildi və onların əmək haqlarında yüksəlişlər oldu. Direktorun sözlərinə görə, pilot layihələrdə elə həkimlər var ki, 5-6 mindən çox əməkhaqqı alırlar.