İcbari tibbi sığorta üzrə sığorta haqlarının məbləği müəyyənləşib


Digərləri 28 Dek 2018 13:35:00 266 0

İcbari tibbi sığorta üzrə sığorta haqlarının məbləği müəyyənləşib

İcbari tibbi sığorta haqları ilə bağlı "Tibbi sığorta haqqında" qanuna dəyişikliklər edilib.

Son.az Trend-ə istinadən bildirir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan yeni təkliflər xidmətlər zərfinin baza hissəsi üzrə təqvim ili üçün adambaşına 29 manat sığorta haqqının ödənilməsini nəzərdə tutur.

Xidmətlər zərfinin əlavə hissəsi üzrə təklif edilən ödənişlər kateqoriyalardan asılı olaraq, dəyişir.

Xidmətlər zərfinin əlavə hissəsi üzrə Milli Məclis, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən təyin olunan şəxslər, həmçinin seçkili ödənişli vəzifədə işləyən şəxslər üçün sığortalı tərəfindən hesablanmış əməyin ödənişi fondunun 2 faizi, sığortaolunan tərəfindən işçinin əməkhaqqının 2 faizi qədər sığorta haqqı təklif edilir.

Xidmətlər zərfinin əlavə hissəsi üzrə eyni sığorta haqqı məbləği neft-qaz sahəsində fəaliyyət göstərən və dövlət sektoruna aid edilən sığortalılarda Əmək Məcəlləsinə uyğun olaraq, bağlanmış və hüquqi qüvvəyə minmiş əmək müqaviləsinə əsasən, işləyən şəxslərə də aid edilməsi təklif edilir.