Bayram günlərində banklar gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək


Digərləri 28 Dek 2018 13:33:00 439 0

Bayram günlərində banklar gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) tövsiyəsi ilə 29 dekabr – 02 yanvar bayram günləri ərzində bankların filial və şöbələri gücləndirilmiş iş rejimində çalışacaq.

Bakı. Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) tövsiyəsi ilə 29 dekabr – 02 yanvar bayram günləri ərzində bankların filial və şöbələri gücləndirilmiş iş rejimində çalışacaq. Palatadan Trend-ə verilən məlumata görə, bayram günlərində ölkəmizdə səfərdə olan turistlərin və ölkə vətəndaşlarının valyuta mübadiləsi xidmətlərinə rahat çıxış imkanlarının təmin edilməsi məqsədilə ümumilikdə 23 bankın 118 filial və şöbəsi (9 bank üzrə 12 satış nöqtəsi 24 saat rejimində olmaqla) 29 dekabr – 02 yanvar tarixlərində müştərilərə xidmət göstərəcək.