İŞİDin "İnstagram" səhifəsini idarə edən azərbaycanlı imiş


Digərləri 28 Dek 2018 13:29:00 289 0

İŞİDin "İnstagram" səhifəsini idarə edən azərbaycanlı imiş

Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada İŞİD terror təşkilatının sıralarında döyüşməkdə ittiham edilən Eldəniz Məmmədovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Son.az report-a istinadən bildirir ki, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 15 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, məlumata əsasən, E.Məmmədov İŞİD terror təşkilatının sıralarında uzun müddət döyüşüb, "Abu Cihad" ləqəbli ilə tanınıb.