Tanınmışlar Sevdaya sürpriz etdilər


Şou-biznes 28 Dek 2018 13:11:00 277 0

Tanınmışlar Sevdaya sürpriz etdilər

Bu gün müğənni Sevda Yahyayevanın 33 yaşı tamam olur. 

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, sənətçi doğulduğu gün "Buta Palace"da keçirilən konsert proqramında çıxış edəcək. 

Tədbirdən əvvəl kulisdə olan sənətçiyə həmkarları sürpriz edib. Xalq artisti Zülfiyyə Xanbabayeva, müğənnilər - Günay İbrahimli, Zamiq Hüseynov, Samir Piriyev, Emiliya Yaqubova və başqaları Sevdanı "Ad günü" mahnısı oxuyaraq təbrik ediblər.