İndoneziyada 5,8 bal zəlzələ olub


Digərləri 28 Dek 2018 13:03:00 236 0

İndoneziyada 5,8 bal zəlzələ olub

İndoneziyada güclü zəlzələ baş verib.

Bakı. İndoneziyada güclü zəlzələ baş verib. Trend-in məlumatına görə, ABŞ Geoloji Xidməti yeraltı təkanların Yeni Qvineya adasının İndoneziyaya aid hissəsində 5,8 bal gücündə qeydə alındığını bildirib. Gecə saatlarında baş vermiş zəlzələnin dərinliyi 55, 6 kilometr olub.