İcbari tibbi sığorta üzrə sığorta haqlarının məbləği müəyyənləşib


Digərləri 28 Dek 2018 12:53:05 248 0

İcbari tibbi sığorta üzrə sığorta haqlarının məbləği müəyyənləşib

İcbari tibbi sığorta haqları ilə bağlı “Tibbi sığorta haqqında” qanuna dəyişikliklər edilib.

Bakı. Elçin Mehdiyev - İcbari tibbi sığorta haqları ilə bağlı “Tibbi sığorta haqqında” qanuna dəyişikliklər edilib. Trend-in məlumatına görə, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan yeni təkliflər xidmətlər zərfinin baza hissəsi üzrə təqvim ili üçün adambaşına 29 manat sığorta haqqının ödənilməsini nəzərdə tutur. Xidmətlər zərfinin əlavə hissəsi üzrə təklif edilən ödənişlər kateqoriyalardan asılı olaraq, dəyişir. Xidmətlər zərfinin əlavə hissəsi üzrə Milli Məclis, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən təyin olunan şəxslər, həmçinin seçkili ödənişli vəzifədə işləyən şəxslər üçün sığortalı tərəfindən hesablanmış əməyin ödənişi fondunun 2 faizi, sığortaolunan tərəfindən işçinin əməkhaqqının 2 faizi qədər sığorta haqqı təklif edilir.