Aztəminatlı ailələrə birdəfəlik yardımların ödənişi artıq təmin olunub


Digərləri 28 Dek 2018 12:29:00 255 0

Aztəminatlı ailələrə birdəfəlik yardımların ödənişi artıq təmin olunub

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Aztəminatlı ailələrə birdəfəlik yardım verilməsi haqqında" 19 dekabr 2018-ci il tarixli Sərəncamının icrası olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə 100 (yüz) manat məbləğində birdəfəlik yardımın ödənilməsini artıq təmin edib.

Son.az Trend-ə istinadən bildirir ki, birdəfəlik yardım həmin ailələrin bank hesablarına köçürülüb. Bu da onların bayram ərəfəsi maddi təminatlarına bir dəstəkdir.