Xaricdə ən populyar Azərbaycan məhsulu məlum oldu


Digərləri 28 Dek 2018 12:39:00 413 0

Xaricdə ən populyar Azərbaycan məhsulu məlum oldu

Azərbaycan 2018-ci ilin yanvar-noyabr aylarında 17 milyard 900 milyon dollar məbləğində məhsul ixrac edib

.

Son.az oxu.az-a istinadla xəbər verir ki, bu haqda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın dekabr buraxılışında deyilir.

2018-ci ilin yanvar-noyabr ayları ərzində qeyri-neft sektoru üzrə ixrac 145 milyon ABŞ dolları və ya 10,5 faiz artıb. Bu ilin yanvar-noyabr ayları ərzində Rusiyaya 555,4 milyon, Türkiyəyə 321,3  milyon, İsveçrəyə 123,3 milyon, Gürcüstana 117,1 milyon və Qazaxıstana 41,1 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə, 2018-ci ilin 11 ayı ərzində ən çox Azərbaycan qeyri-neft məhsulları idxal edən ölkələrin beşliyinə Rusiya (12% artım, 555,4 milyon dollar), Türkiyə ( 22% artım, 321,3 milyon dollar), Qazaxıstan  ( 41,1 milyon dollar, 42% artım), İsveçrə (8% azalma, 123,3 milyon dollar), Gürcüstan (117,1 milyon dollar, 3% azalma) daxildir.

Təqdim olunmuş məlumatlara əsasən, 2018-ci ilin 11 ayı ərzində qeyri-neft sektoruna aid malların ixracat strukturunda pomidor (162,2 mln.dollar) üstünlük təşkil edib. Qızıl ikinci (107,2 milyon dollar), xurma (89,1 milyon dollar) isə üçüncü yerdə göstərilib.