Hazard Chelsea-nın əfsanəsi olmaq istəyir


İdman 28 Dek 2018 12:29:00 610 0

Hazard Chelsea-nın əfsanəsi olmaq istəyir

İngiltərə Premyer Liqasının son turunda Watford-a 2:1 hesabıyla qalib gələn Chelsea-nin hücumçusu Eden Hazard matçdan sonra açıqlama verib.

Goal.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, komandasının hər iki qolunun müəllifi olan belçikalı futbolçu, “zadəganlar”ın heyətində 101 qola çatmağını belə şərh edib:

“101 qolun mənim üçün əhəmiyyəti çox böyükdür. Bunu əsla unutmayacam. Chelsea üçün daha çox qol vurmaq, Frank Lempard, Didye Droqba, Con Terri kimi əfsanələrdən biri olmaq istəyirəm”.

27 yaşlı futbolçu 2012-ci ildən “zadəganlar”ın şərəfini qoruyur.