Azərbaycanda güclü təsir edən tramadol hidroxlorid maddəsinin istifadəsi tamamilə məhdudlaşdırılır


Digərləri 28 Dek 2018 12:23:00 302 0

Azərbaycanda güclü təsir edən tramadol hidroxlorid maddəsinin istifadəsi tamamilə məhdudlaşdırılır

Azərbaycanda güclü təsir edən tramadol hidroxlorid maddəsinin istifadəsi tamamilə məhdudlaşdırılır.

Bakı. Elçin Mehdiyev – Azərbaycanda güclü təsir edən tramadol hidroxlorid maddəsinin istifadəsi tamamilə məhdudlaşdırılır. Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin dekabrın 28-də keçiriləcək plenar iclasının gündəliyinə daxil olan “Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zərərli maddələrin Siyahısı”na dəyişiklikdə öz əksini tapıb. Hazırda tramadol hidroxlorid 100 mq-150 mq-200 mq və daha artıq bütün tramadol tərkibli dərman vasitələrinə şamil olunur. Dəyişikliyə əsasən isə, “100 mq-150 mq-200 mq və daha artıq” sözləri siyahıdan çıxarılır və tramadol hidroxlorid bütün tramadol tərkibli dərman vasitələrinə şamil olunur.