Bugünədək 3100 şəhidin 4200 vərəsəsinə birdəfəlik ödəmənin verilməsi barədə qərar qəbul olunub


Digərləri 28 Dek 2018 12:10:00 318 0

Bugünədək 3100 şəhidin 4200 vərəsəsinə birdəfəlik ödəmənin verilməsi barədə qərar qəbul olunub

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanına əsasən şəhid hərbi qulluqçulardan vərəsələrinin birdəfəlik ödəmə ilə təminatı sahəsində işlər davam edir. Artıq 3100 şəhidin 4200 vərəsəsinə birdəfəlik ödəmənin verilməsi barədə qərar qəbul olunub. Qərarlar əsasında onların birdəfəlik ödəmə (11 min manat) ilə təminatı davam edir.

Son.az Trend-ə istinadən bildirir ki, 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərman mühüm sosial əhəmiyyət kəsb edən və dövlət başçısı tərəfindən şəhid ailələrinin rifah halının yaxşılaşdırılması istiqamətində növbəti humanist addımdır. Yalnız şəhid ailələri tərəfindən deyil, ümumən ictimaiyyət tərəfindən bu xeyirxah tədbir yüksək dəyərləndirilir.

Məlumat üçün bildirək ki, ümumilikdə 9531 şəhid hərbi qulluqçunun vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ vardır. Hazırda digər vərəsələrdən də birdəfəlik ödənişlə təmin edilmələri üçün sənədlərin notarial qaydada qəbulu davam edilir.