Qarabağ 2,5 milyonluq futbolçu alır?


İdman 28 Dek 2018 12:05:00 316 0

Qarabağ 2,5 milyonluq futbolçu alır?

Yunanıstanın PAOK klubunun müdafiəçisi Yevgeni Xaçeridi karyerasını Qarabağ-da davam etdirə bilər.

Goal.az xəbər verir ki, bu barədə Yunanıstan mətbuatı məlumat yayıb.

İddiaya görə, Ağdam klubu ukraynalı futbolçuya rəsmi təklif göndərib. Qarabağ hazırda 31 yaşlı oyunçunu heyətinə qatmağa əsas namizəd hesab olunur. 

Xaçeridinin PAOK-la 2021-ci ilin yayına kimi müqaviləsi var. Ukraynalı müdafiəçinin transfer məbləği 2,5 milyon avrodu.

Qeyd edək ki, Ukrayna mətbuatında da Yevgeni Xaçeridinin Azərbaycan klublarının birindən təklif aldığı barədə xəbərlər yayılıb.