Bu gün “Azərbaycan parlamentarizmi tarixi” kitabının təqdimatı keçirilib


Digərləri 28 Dek 2018 12:07:00 218 0

Bu gün “Azərbaycan parlamentarizmi tarixi” kitabının təqdimatı keçirilib

Bu gün “Azərbaycan parlamentarizmi tarixi” kitabının təqdimatı keçirilib.

Bakı. Elçin Mehdiyev - Bu gün “Azərbaycan parlamentarizmi tarixi” kitabının təqdimatı keçirilib. Trend-in məlumatına görə, təqdimatda parlament rəhbərliyi, millət vəkilləri iştirak edib. Milli Məclis sədrinin müavini Bahar Muradova ilk öncə başa çatmaqda olan 2018-ci ilin əlamətdar il olduğunu bildirib. Qeyd edib ki, 2018-ci il ölkə Prezidenti İlham Əliyevin tarixi Sərəncamı ilə “Cümhuriyyət İli” elan edilib və ötən bir il ərzində də Azərbaycan Xalq Cümhuriyyətinin (AXC), Azərbaycan Parlamentinin 100 illiyi ilə bağlı ən müxtəlif və yüksək səviyyəli tədbirlər keçirilib.