Bugünədək 3100 şəhidin 4200 vərəsəsinə birdəfəlik ödəmənin verilməsi barədə qərar qəbul olunub


Digərləri 28 Dek 2018 11:56:16 468 0

Bugünədək 3100 şəhidin 4200 vərəsəsinə birdəfəlik ödəmənin verilməsi barədə qərar qəbul olunub

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanına əsasən şəhid hərbi qulluqçulardan vərəsələrinin birdəfəlik ödəmə ilə təminatı sahəsində işlər davam edir.

Bakı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanına əsasən şəhid hərbi qulluqçulardan vərəsələrinin birdəfəlik ödəmə ilə təminatı sahəsində işlər davam edir. Artıq 3100 şəhidin 4200 vərəsəsinə birdəfəlik ödəmənin verilməsi barədə qərar qəbul olunub. Qərarlar əsasında onların birdəfəlik ödəmə (11 min manat) ilə təminatı davam edir. Trend-in məlumatına görə, 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərman mühüm sosial əhəmiyyət kəsb edən və dövlət başçısı tərəfindən şəhid ailələrinin rifah halının yaxşılaşdırılması istiqamətində növbəti humanist addımdır. Yalnız şəhid ailələri tərəfindən deyil, ümumən ictimaiyyət tərəfindən bu xeyirxah tədbir yüksək dəyərləndirilir.