Remzi üçün daha bir klub hərəkətə keçdi


İdman 28 Dek 2018 11:44:00 537 0

Remzi üçün daha bir klub hərəkətə keçdi

Cari mövsümün sonunda Arsenal-la müqaviləsi bitəcək və komandadan ayrılacağı gözlənilən Aaron Remziyə Juventus-dan sonra daha bir klub namizəd olub. 

Goal.az xəbər verir ki, yanvar ayında aşağı məbləğ qarşılığında satılması gözlənilən 28 yaşlı yarımmüdafiəçi PSG-nin transfer hədəfindədir. Xəbərdə, Paris təmsilçisinin idman direktoru Antero Henriqenin həm futbolçu ilə, həm də “topçular”la görüşdüyü bildirilir. PSG-nin gələn həftə London təmsilçisinə rəsmi təklif göndərəcəyi gözlənilir.

Uelsli futbolçu cari mövsüm Arsenal-ın heyətində 15 oyunda meydana çıxıb.