Girov qoyulmuş əşyanın satışından artıq qalan pul 10 gün ərzində girov qoyana qaytarılacaq


Digərləri 28 Dek 2018 11:35:00 227 0

Girov qoyulmuş əşyanın satışından artıq qalan pul 10 gün ərzində girov qoyana qaytarılacaq

Azərbaycanda girov qoyulmuş əşyanın satışından götürülmüş məbləğin bölüşdürülməsi qaydası təkmilləşdirilib.

Bakı. Elçin Mehdiyev - Azərbaycanda girov qoyulmuş əşyanın satışından götürülmüş məbləğin bölüşdürülməsi qaydası təkmilləşdirilib. Trend-in məlumatına görə, bununla bağlı “Daşınar əmlakın yüklülüyü haqqında” qanuna dəyişikliklərin edilməsi təklif olunur. Yeni təkliflərə əsasən, girov qoyulmuş əşyanın satışından götürülmüş məbləğ girov qoyulmuş əşyanın saxlanmasına, onun satılmasına çəkilmiş xərclərə, girov saxlayanın tələblərinin ödənilməsinə sərf edilir.