Məşhur müğənninin konsertində olay:


Digərləri 28 Dek 2018 11:22:00 453 0

Məşhur müğənninin konsertində olay:

Əsl ad və soyadı Ametist Ameliya Kelli olan avstraliyalı müğənni İqqi Azaliya sosial şəbəkələrdə sərt tənqid olunur. Səbəb onun Braziliyadakı konsertində baş vermiş olaydır.

Son.az Daily Mail-ə istinadən bildirir ki, 28 yaşlı müğənni "Black Widow" mahnısını ifa edərkən səhnədəki rəqqasələrdən biri huşunu itirib.

İ.Azaliya arxasında yerə yıxılmış rəqqasəni görəndə tamaşaçılara səslənərək "Biriniz həkim çağırın!" deyib.

Bundan sonra o, ifasını davam etdirib. 20 saniyə sonra isə konsertin səs rejissoru İ.Azaliyanın mikrofonunu söndürüb, fonoqram dayandırılıb.

Huşunu itirmiş rəqqasəyə təcili tibbi yardım göstərilib.


Xəbərə aid fotolar