28 yaşlı futbolçu uzunmüddətli həbs cəzası aldı


İdman 28 Dek 2018 11:00:00 350 0

28 yaşlı futbolçu uzunmüddətli həbs cəzası aldı

Braziliyanın Botafogo klubunun üzvü Everton Eleno həbs edilib. 

Goal.az xəbər verir ki, futbolçu soyğunçuluqda ittiham olunur. Eleno 7.5 il müddətinə azadlıqdan məhrum edilib.

28 yaşlı futbolçunun avqustun 6-da tutulduğu və cəzasını yarı açıq həbsxanada (gündüz və ya gecə qalmaq) çəkəcəyi bildirilib.

Onun vəkili qərara etiraz etmək istədiklərini söyləyib