Azərbaycana sürücüsüz avtobuslar gətiriləcək


Digərləri 28 Dek 2018 10:29:00 239 0

Azərbaycana sürücüsüz avtobuslar gətiriləcək

2019-2023-cü illərdə Azərbaycanda avtonom (sürücüsüz) nəqliyyat vasitələrindən şəhərdaxili sərnişindaşımada, habelə əyləncə-turizm məqsədilə istifadə üçün pilot ərazilərin təyin edilməsi və burada həmin nəqliyyat vasitələrinin hərəkətinin təşkili məqsədilə qanunvericiliyin təkmilləşdirilməsi və digər təşkilati-hüquqi məsələlərin həlli ilə bağlı təkliflər hazırlanması nəzərdə tutulub.

Son.az azvision.az-a istinadla xəbər verir ki, bu barədə "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün" Dövlət Proqramında qeyd olunub.