Azərbaycanda tutulan Qırğızıstanın sabiq DGX sədri ölkəsinə ekstradisiya olundu


Dünya 28 Dek 2018 10:36:00 314 0

Azərbaycanda tutulan Qırğızıstanın sabiq DGX sədri ölkəsinə ekstradisiya olundu

Korrupsiya ittihamları ilə beynəlxalq axtarışa verilmiş Qırğız Respublikasının Dövlət Gömrük Xidmətinin (DGX) sabiq rəhbəri Adamkul Junusov Azərbaycandan Bişkekə ekstradisiya olunub.

Son.az bildirir ki, bu barədə report Qırğızıstan Baş Prokurorluğunun mətbuat xidmətinə istinadən məlumat verir.

"Bu il dekabrın 14-də Azərbaycan Respublikası Baş Prokurorluğu Qırğız Respublikası Baş Prokurorluğunun vətəndaş A.Junusovu Qırğız Respublikası Hökuməti yanında İqtisadi Cinayətkarlıqla Mübarizə üzrə Dövlət Xidmətinin icraatında olan cinayət işi üzrə cinayət məsuliyyətinə cəlb edilməsi məqsədi ilə ekstradisiya olunması xahişini qəbul edib", - Baş Prokurorluğun məlumatında deyilir.

Qeyd olunur ki, dekabrın 28-də İqtisadi Cinayətkarlıqla Mübarizə üzrə Dövlət Xidmətinin əməkdaşları Qırğızıstanın Baş Prokurorluğunun tapşırığı əsasında A.Junusovu Bişkekə aparıblar.