Mişel Obama ən “heyranedici qadın” seçildi


Dünya 28 Dek 2018 10:23:00 281 0

Mişel Obama ən “heyranedici qadın” seçildi

Mişel Obama “Amerikanın ən heyranedici qadını” tituluna layiq görülüb

ABŞ-ın keçmiş birinci xanımı Mişel Obama "Amerikanın ən heyranedici qadını" tituluna layiq görülüb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, Obama  keçmiş dövlət katibi Hillari Klintonun 17 illik titulunu əlindən alıb.

"Gallup" analitik təşkilatının apardığı ictimai rəy sorğusunun nəticələrinə əsasən, amerikalıları ən çox valeh edən qadınların siyahısında Klinton üçüncü yerə qədər geriləyib. Qaradərili "tok-şou" ulduzu Ofra Uinfri isə ikinci yeri tutub.