Samsung Home Appliance layiq olduğunuz məişət texnikası


Digərləri 28 Dek 2018 10:00:00 491 0

Samsung Home Appliance  layiq olduğunuz məişət texnikası

Günümüzdə, faydalı mexanizmlər sayəsində ev işlərini görmək daha asandır və daha az vaxt tələb edir.  Buna misal olaraq, keçmişdə paltarları əl ilə yuduğumuzdan bu işə daha çox güc və zaman sərf olunurdu.

İndi isə, kirli camaşırı bir necə dəqiqə içərisində paltar yuyan maşına yükləyib, tələb olunan rejimi qururuq. Samsung məişət texnikası sayəsində Super Ailə özünə daha çox vaxt ayıra bilir.

Paltar yuyan maşın əslində çox sadə cihazdır, Samsung Add Wash isə - texnologiya möcüzəsidir. Adi maşınlarda baraban dairə və yarım dairə hərəkətləri ilə sabunlu suyu qarışdırırdısa, Samsung Add Wash paltaryuyan maşınlarında aktiv köpükdən istifadə olunur. Burada xüsusi Eco Bubble generatoru, yuyucu vasitəni aktiv köpüyə çevirir, oda öz növbəsində parça liflərinə daha asan daxil olaraq, ideal təmizliyi təmin edir.  Həmçinin, əlavə Add Door qapısı sayəsində, hətta hər hansı geyimi unutsanız belə, bütün paltarlarınızı bir dəfəyə yumaq imkanı eldə edirsiniz. Sadəcə yuma prosesini pauzaya qoyaraq, geyimi xüsusi lyuk vasitəsi ilə əlavə edin. Add Wash-la Super Ailə yuyucu vasitələrin qalıqları olmayan təmiz paltarlar əldə edir, belə ki Samsung paltaryuyan maşınları sadəcə yumur, geyimləri tər-təmiz edir.

Hətta adi tozsoran belə, düzgün işlədiyi təqdirdə, həyatınızı asanlaşdırmağa qadirdir, bu səbəbdən Super Ailənin seçimi Samsung Anti-Tangle-dır. Bu tozsoranın əsas elementi təmizlik anlamını dəyişdirən və özündə siklon filtrini və toz torbasını birləşdirən şəffaf konteynerdir. Samsung-un siklon fitri xüsusi konstruksiyaya malikdir ki, böyük həcmi tullantıların və kiçik ölçülü tozun daha effektiv paylanmasını təmin edir. Adi filtr iki kameradan ibarətdir, burada biri toz, o birisinə isə hava burulğanı ilə toplanmış daha böyük tullantılar üçün nəzərdə tutulmuş bölmələr nəzərdə tutulub. Lakin, saç və tük kimi, xırda çəkiyə malik olan aralıq tullantı kateqoriyası mövcuddur ki, onlar filtr üzərində toplanaraq, sovurma gücünün düşməsinə səbəb olur.  Anti-Tangle turbini ilə bu hal müşahidə olunmur, belə ki, sovurma gücü dəyişməz olaraq, əlləriniz isə təmiz qalır. Tozsoran işlədiyi zaman turbindən keçən hava axını onu firladaraq, burulğan yaradır, tullantılar bu burulğandan itələnərək konteynerin içində toplanır. Rahat dəstək isə konteyneri asanlıqla tozsorandan ayırmağa və boşaltmağa kömək edir.