Dövlət qurumlarına tramvay nəqliyyatının təşkili ilə bağlı təkliflər hazırlamaq tapşırıldı


Digərləri 28 Dek 2018 10:01:00 472 0

Dövlət qurumlarına tramvay nəqliyyatının təşkili ilə bağlı təkliflər hazırlamaq tapşırıldı

Dövlət qurumlarına tramvay nəqliyyatının təşkili ilə bağlı təkliflər hazırlamaq tapşırılıb.

Bakı. Elçin Mehdiyev - Azərbaycanda 2019-2022-ci illərdə daşımaların nəqliyyat növləri üzrə bölüşdürülməsi və müxtəlif nəqliyyat növlərinin qarşılıqlı əlaqəsinin təmin edilməsi nəzərdə tutulur. Trend-in məlumatına görə, bu barədə Prezident İlham Əliyevin 27 dekabr 2018-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nda deyilir. Qeyd olunur ki, Azərbaycanda avtomobil yollarının istismar müddətinin artırılması və yüklənmə dərəcəsinin azaldılması, daşımaların təhlükəsizliyinin və keyfiyyətinin, ümumilikdə yol hərəkəti təhlükəsizliyinin artırılması və regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi, turizmin inkişafı məqsədilə ölkədə həyata keçirilən sərnişin və yük daşımalarının nəqliyyat növləri (avtomobil, dəmir yolu, hava və su nəqliyyatı) arasında optimal bölüşdürülməsi və müxtəlif nəqliyyat növlərinin qarşılıqlı əlaqəsinin təmin edilməsi üçün tədbirlər planı, eləcə də Azərbaycan Respublikasının vahid nəqliyyat strategiyası hazırlanacaq.