Daşkəsəndə avtomobil aşdı:


Digərləri 28 Dek 2018 09:41:00 363 0

Daşkəsəndə avtomobil aşdı:

Daşkəsəndə avtomobil aşıb, xəsarət alanlar var.

Son.az report-a istinadən bildirir ki, hadisə Daşkəsən-Gəncə avtomobil yolunun rayonun Aşağı Daşkəsən qəsəbəsinin yaxınlığından keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan "Mercedes-Benz" markalı avtomobil yolun sürüşkən olması səbəbindən idarəetmədən çıxaraq aşıb. Nəticədə sürücü və avtomobildə olan sərnişin xəsarət alıb.

Qeyd edək ki, axşam saatlarından başlayaraq rayon ərazisində qar yağır.

Faktla bağlı araşdırma aparılır.