Bakıda 2 nəfərin güllələnməsi ilə bağlı cinayət işi başlandı


Digərləri 28 Dek 2018 09:45:00 510 0

Bakıda 2 nəfərin güllələnməsi ilə bağlı cinayət işi başlandı

Bakıda baş verən güllələnmə hadisəsi ilə bağlı cinayət işi başlanıb.

Bakı. Samir Əli - Bakıda baş verən güllələnmə hadisəsilə bağlı cinayət işi başlanıb. Trend-in məlumatına görə, faktla bağlı Nizami rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə), 29, 120.2.7-ci (iki və daha artıq şəxsi qəsdən adam öldürməyə cəhd) və 228.1-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə cinayət işi başlanıb, istintaq aparılır. Hadisə ilə bağlı hələlik saxlanılan yoxdur.