Sərxan "Maşın şou"dan getdi finalçılar müəyyənləşdi VİDEO FOTO


Şou-biznes 28 Dek 2018 08:29:00 419 0

Sərxan "Maşın şou"dan getdi  finalçılar müəyyənləşdi  VİDEO  FOTO

Azərbaycanın ən çox müzakirə olunan realiti-şousu olan "Maşın şou. Hind kinosu"nun finalçıları müəyyənləşdi.

Son.az oxu.az-a istinadən bildirir ki, layihədə dörd iştirakçı qalırdı, halbuki finalda yalnız üç nəfər qalmalıdır.

Müzakirəyə Ranar Musayevin namizədliyi çıxarıldı. O isə ən emosiyasız iştirakçı kimi tanınırdı.

Ənənəyə sadiq qalaraq şoudan çıxmağa namizəd rəqibini açıqlamadı. "Kor-koranə" oyun həmişə özündə lazımı tamaşaçı səsi toplamamaq riskini daşıyır. Səsvermənin ilk nəticələri - 14 faiz Ranar Musayevin ürəyincə olmasa da, püşk artıq atılmışdı və axıradək oynamaq lazım idi.

Çox gözləməyə ehtiyac qalmadı. Şounun aparıcısı Murad Dadaşov Ranar Musayevi tribunaya dəvət edir və mümkünsüz mümkün olur. Tamaşaçıların təxminən 80 faizi Ranarın layihədə qalmasına səs verdi.

"Mən Sərxan Kərəmoğlunu seçirəm", - deyə Ranar bildirdi.

Bununla da Sərxan finala bir addım qalmış şounu tərk etməli oldu.


Xəbərə aid fotolar