70 yaşlı kişinin meyiti aşkarlanıb


Digərləri 28 Dek 2018 08:33:00 460 0

70 yaşlı kişinin meyiti aşkarlanıb

Qaxda 70 yaşlı kişinin meyiti aşkarlanıb.

Son.az "report"-a istinadən bildirir ki, rayonun Qaşqaçay kəndində anadan olan, 1948-ci il təvəllüdlü Tofiq Şaban oğlu Hüseynovun meyiti kirayədə yaşadığı Qax şəhəri, H.Əliyev prospekti, ev 43 ünvanında aşkarlanıb. 

T.Hüseynovun ölümünün dəqiq səbəbini müəyyən etmək üçün meyit Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qax rayon Şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.