4 otaqlı evdə yanğın olub


Digərləri 28 Dek 2018 08:37:00 413 0

4 otaqlı evdə yanğın olub

Saatlı rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, rayonun Potubəyli kəndində ümumi sahəsi 100 m² olan birmərtəbəli 4 otaqlı evin 1 otağının tavanı 30 m² sahədə və ev əşyaları qismən yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.