İkimərtəbəli 5 otaqlı ev yanıb
Digərləri 28 Dek 2018 07:41:00 228 0
Qax rayonunun Baydarlı kəndində ümumi sahəsi 220 m² olan ikimərtəbəli 5 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanıb.
Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Mənbə: milli.az