Toyda qonaq videooperatoru döydü


Kriminal 28 Dek 2018 07:35:00 301 0

Toyda qonaq videooperatoru döydü

Gəncədə döyülmə hadisəsi baş verib.

Son.az "report"-a istinadən bildirir ki, hadisə şəhərin Vəli Xuluflu küçəsində yerləşən şadlıq sarayında baş verib. 

Həmin sarayda videooperator işləyən Ülvi Musayev toy mərasiminin qonağı tərəfindən hələ ki, məlum olmayan səbəbdən döyülüb. Nəticədə o, üzündən və başından xəsarət alıb. Ü.Musayev təcili tibbi yardım maşını ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb.