Amerika sakini tarixdə ilk dəfə xizəklə təkbaşına Antarktidanı keçib


Digərləri 28 Dek 2018 07:28:00 471 0

Amerika sakini tarixdə ilk dəfə xizəklə təkbaşına Antarktidanı keçib

Portlend sakini Kolin Obreydi indiyədək mümkünsüz sayılan Antarktida səyahətini uğurla başa vurub. O, tarixdə ilk dəfə olaraq xizəklə təkbaşına Antarktidanı keçib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, 32 yaşlı amerikalının səyahəti noyabrın 3-də başlayıb. O, 54 gün ərzində 1,5 min kilometr məsafə qət edib.

Səyahətin məqsədi Antarktidanı heç bir kömək almadan təkbaşına keçmək olduğundan o özü ilə xizəkdə 170 kiloqram ləvazimat da daşıyıb. Obreydi bəzən sürəti saatda 48 kilometrə çatan küləyə qarşı getməli olub.