Salyanda baş verən yol qəzasında


Digərləri 27 Dek 2018 23:22:00 322 0

Salyanda baş verən yol qəzasında

Salyan rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Son.az "Report"a istinadən bildirir ki, hadisə axşam saatlarında Kürsəngi kəndində qeydə alınıb.

Belə ki, "Hundai" markalı avtomobil idarəetmədən çıxaraq qəzaya uğrayıb. Nəticədə Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Fətullayeva Lalə Cabir qızı və 1976-cı il təvəllüdlü Həsənova Aidə Zakir qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Xatırladaq ki, bir neçə gün bundan əvvəl Salyanda yol qəzası nəticəsində 1 nəfər ölüb.