Kimya müəllimi siçanlara 20 gün çips, suxari, fastfood verdi


Digərləri 27 Dek 2018 23:25:00 300 0

Kimya müəllimi siçanlara 20 gün çips, suxari, fastfood verdi

Dnepropetrovsk məktəblərinin birində kimya müəllimi uşaqların fast-food və marketlerdən alınma zərərli qidaları hər gün yediyini görüb, onlara bu qidaların fəsadını göstərmək üçün elə məktəbdəcə təcrübə keçirmək qərarına gəlib.

Son.az medicina.az-a istinadən bildirir ki, müəllim məktəbin laboratoriyasında 12 siçan üzərində şagirdlərlə birgə bu təcrübəni aparıb.

Siçanları 4 qrupa bölərək, ayrı qəfəslərdə saxlayıb. Birinci qrupa hər gün çipsi və qazlı, şirəli su verib. İkinci qrupa suxarilər, üçüncü qrupa E 621 maddəsi qatılmış (kolbasa, sosis və fast-food-da olur) qidalar, dördüncü qrupa isə meyvə, dənli bitkilər və adi su verilib. Siçanlar 2 ay bu qayda ilə qidalandırılıb.

Nəticə hər kəsi şoka salıb. Birinci qrupdakı siçanlar 2 həftədən sonra bir-bir ölməyə başlayıblar.

Ölməzdən əvvəl onların tükü tökülüb, gözləri tutulub. Sonra ekspertiza göstərib ki, bu siçanlar qaraciyər sirrozundan və gözün torlu qişasının iltihabınndan ölüblər.

İkinci qrupdakı siçanlar da 2-3 həftə ərzində həzm orqanları sıradan çıxmış, zəifləmiş vəziyyətdə olublar.