LapisLazuli dəhlizi ilə daşınan ilk yüklər Gürcüstana daxil olub


Digərləri 27 Dek 2018 22:36:00 309 0

LapisLazuli dəhlizi ilə daşınan ilk yüklər Gürcüstana daxil olub

Lapis-Lazuli beynəlxalq nəqliyyat marşrutu ilə ilk pilot daşınma çərçivəsində 9 tır Gürcüstan ərazisinə daxil olub.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Akaki Saqiraşvili bildirib.

O deyib ki, ilk pilot dəhliz üzrə kənd təsərrüfatı məhsulları və pambıq ipliklərindən ibarət yüklər Əfqanıstandan Türkiyəyə ixrac olunacaq: "Lapis-Lazuli dəhlizi Əfqanıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyə arasında əməkdaşlığın ən yaxşı nümunəsidir. Yüklərin bu dəhlizlə maneəsiz daşınması çox vacibdir. Test rejimində yüklərin uğurlu daşınmasından dəhlizin gələcək inkişafı asılıdır. Bu dəhliz vasitəsilə yüklərin mütəmadi olaraq daşınması bizim maraqlarımıza cavab verir".

A.Saqiraşvili qeyd edib ki, Lapis-Lazuli dəhlizinin istifadəyə verilməsi Gürcüstanın tranzit potensialının inkişafına və əlavə yüklərin cəlb olunmasına töhfə verəcək.