Bədəndə stressi azaldan ən sadə vasitələr


Digərləri 27 Dek 2018 22:25:00 449 0

Bədəndə stressi azaldan ən sadə vasitələr

Orqanizmdə stressin səviyyəsinin uzun müddət ərzində yüksək olması çox ziyanlıdır və bir sıra xəstəliklərin inkişafına təkan verə bilər.

Müasir insanların bir çoxu xroniki stress vəziyyətində yaşadıqları üçün ildən ilə müxtəlif xəstəliklərə tutulanların sayı artır, xəstəliklər "cavanlaşır".  Bu səbəbdən orqanizmdə stressin səviyyəsini azaltmaq çox vacibdir.

Bəzi sadə və əlçatan vasitələr orqanizmdə stressin səviyyəsini azaltmağa yardım edə bilər.

Son.az saglamolun.az-a bu vasitələrin siyahısını təqdim edir.

1. Xoşladığınız musiqiyə qulaq asın.

Musiqi arterial təzyiqi və stress hormonlarının səviyyəsini aşağı salır, sakitləşdirir.

2. Özünüz özünüzlə danışın.

"Qulaq yoldaşınız"  yoxdursa və ya öz problemləriniz haqqında heç kimə danışmağı xoşlamırsınızsa, bu sizin üçün ən yaxşı çıxış yoludur. Öz problemi haqqında danışanda insan rahatlaşır, sakitləşir. Psixoloqlar da bu üsulun streslə mübarizədə effektliyini təsdiq edirlər.