Həftənin günlərində hansı zikrləri söyləmək daha yaxşıdır?


Digərləri 27 Dek 2018 22:15:00 540 0

Həftənin günlərində hansı zikrləri söyləmək daha yaxşıdır?

Əvvəla, bunu qeyd edək ki, Allahın gözəl adlarından və digər mübarək kəlmələrdən ibarət zikrləri həftənin istənilən günündə, istənilən zaman və istənilən miqdarda söyləmək savabdır. Amma bəzi zikrləri müəyyən günlərdə söyləmək daha böyük savaba və faydaya malikdir.

Son.az islam.az-a istinadən bildirir ki, həftənin şənbə günü "ya Rəbbəl-aləmin" zikrini 100 dəfə söyləmək insanı ehtiyacsız edər. Bazar günü "ya Zəl-cəlali vəl-ikram" zikrini 100 dəfə söyləyən adamın işləri uğurlu olar və o, qələbə qazanar. Bazar ertəsinin zikri 100 dəfə "ya Qaziyəl-hacat" söyləməkdir, bu, sərvəti artırar. Çərşənbə axşamı 100 dəfə "ya Ərhəmər-rahimin" zikrini deyən adamın istəyi həyata keçər. Çərşənbə gününün zikri 100 dəfə "ya Həyyu ya Qəyyum"dur və insana izzət bəxş edər. Cümə axşamı 100 dəfə "la ilahə illəllah, Məlikül-Həqqul-Mübin" söyləyən adamın ruzisi bol olar. Nəhayət, cümə günü 100 dəfə "Allahummə salli əla Muhəmmədin və ali-Muhəmməd, və əccil fərəcəhum" zikrini təkrar etmək insanı hörmətli və izzətli edər.