Xoşbəxt olmağımıza lap az qaldı


Digərləri 27 Dek 2018 22:05:00 540 0

Xoşbəxt olmağımıza lap az qaldı

Araşdırmaçıların sözlərinə görə, xoşbəxt olmağımıza lap az qalıb.

Son.az medicina.az-a istinadən bildirir ki, London kollecinin alimlərinin təcrübələrinə əsasən, istənilən fiziki aktivlik insan psixikasına müsbət təsir edir.

- İdman zalına getmək və ya sadə gəzinti insan beyninin emosiyalara cavabdeh olan hipokamp hissəsində yeni neyronların yaranmasına səbəb olur. Başqa bir araşdırmada isə sübut olunub ki, bir çox psixi xəstəliklərdə  insanın özgüvəninin və özünə inamının artması üçün futbol yaxşı kömək edir.  

- Depressiya ilə mübarizənin ən yaxşı yollarından biri də toxumaqdır. 15 min insanın  iştirak etdiyi bir araşdırmada müəyyən edilib ki, həftədə 2 dəfə toxuma ilə məşğul olmaq stressin, həyəcanın azalmasına və əhval-ruhiyyənin artmasına səbəb olur. Toxuma hətta mənəvi və fiziki ağrılardan azad olmağa, qan təzyiqinin normallaşmasına və rahatlığa gətirib çıxarır.