Qanunsuz dərman gətirən vəzifəli şəxsin işi ekspertizaya göndərildi


Digərləri 27 Dek 2018 21:41:00 230 0

Qanunsuz dərman gətirən vəzifəli şəxsin işi ekspertizaya göndərildi

Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsinin "Yalama" Gömrük postunun böyük inspektoru Novruzov Mehman Yusif oğlunun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Son.az oxu.az-a istinadən bildirir ki, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə M. Novruzovun vəkili vəsatət qaldıraraq dərmanların bazar qiymətinə uyğunlaşdırılması ilə bağlı komission ekspertiza keçirilməsini istəyib.

Məhkəmə verilən vəsatəti təmin edib. Proses qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Qeyd edək ki, M. Novruzov dövlət qeydiyyatından keçməyən külli miqdarda dərman vasitələrini satış məqsədilə qeyri-qanuni yolla Azərbaycana idxal etməkdə ittiham edilir.