Cadunu dağıdar, iblisin təsirindən qurtarar –


Digərləri 27 Dek 2018 21:20:00 462 0

Cadunu dağıdar, iblisin  təsirindən qurtarar –

Qurani-Kərimin ayələri - möminlərin qəlbinə daxil olan nurdurlar. "Nas" surəsi də bu surələrdən biridir.

"Nas" surəsi Quranın 114-cü surəsidir ki, Məkkədə nazil olmuşdur və 6 ayəsi vardır.

Son.az deyerler.org-a istinadən bildirir ki, "Nas" sözünün ərəb dilindəki tərcüməsi insan deməkdir. O zaman ki, insan şeytan tərəfindən təhlükə hiss edər, əgər bu surəni oxuyarsa, amanda olar.

Bu surə - "Qul" ilə başlayan dörd surədən biridir.

Allah Təala bu surədə Peyğəmbərə (s) əmr verir ki, Xənnasın vəsvəsəsindən Ona pənah aparsın. Bu surənin mənası "Fələq" surəsinə çox bənzəyir.

Hər iki surə şeytanın (lən) vəsvəsəsindən Allaha pənah aparmağa işarə edir. Bir fərqlə ki, "Fələq" surəsində şərin növləri bəyan edilmişdir.

Ancaq bu surəsə sadəcə Xənnasın adı çəkilmişdir.

Nəql olunur ki, yəhudi bir sehirbaz Həzrət Peyğəmbərə (s) cadu edir. Cəbrayil (ə) Həzrətin yanına gəlir və "Nas" ilə "Fələq" surələrini nazil edir. Həzrətə (s) deyir: "Yəhudi kişi sənə cadu etmişdir və onun sehri filan quyudadır. Peyğəmbər (s) də İmam Əlini (ə) həmin quyuya doğru göndərir ki, sehri gətirsin. Sonra əmr verir ki, onun düyünlərini açsın və hər düyünü açan zaman "Nas" və "Fələq" surələrini oxusun.

Düyünlər bitəndən sonra əziz Peyğəmbərimiz (s) öz sağlamlığına qovuşur.

Fəzil ibni Yəsar nəql edir: "İmam Baqirdən (ə) eşitmişəm ki, buyurur: "Peyğəmbər (s) şiddətli bir dərdə düçar olur. Cəbrayil (ə) və Mikayil (ə) Həzrətin yanına gəlirlər. Cəbrayil (ə) Həzrətin (s) başının yuxarısında və Mikayil (ə) ayaqlarının aşağısında əyləşirlər. Cəbrayil (ə) Həzrəti (s) "Fələq" surəsinin pənahında qərar verir, Mikayil (ə) isə "Nas" surəsinin"".