Nəzərdən qoruyan, xəstəlikləri müalicə edən sirli ot


Digərləri 27 Dek 2018 21:25:00 573 0

Nəzərdən qoruyan, xəstəlikləri müalicə edən sirli ot

Kəklikotu qədim zamanlardan müxtəlif xəstəliklərin müalicəsində istifadə olunur.

Qədimdə bu otun dəmləməsini döyüşlərdən əvvəl əsgərlərə verirdilər. Belə hesab olunurdu ki, bu dəmləmə əsgərlərin döyüş ruhunu yüksəldir.

Slavyanlarda kəklikotunun tüstüsü ilə evlərdən cin-şeytanı qovurdular,  otun tüstüsünü gözdəymə və xəstəliklər zamanı uşaq və  böyüklərə verirdilər. Slavyanlar bu otu hər dərdə çarə hesab edirdilər.

Kəklikotunun tərkibində olan efir yağları onu güclü iltihab, virus və mikrob əleyhinə vasitə edir. Soyuqdəymə, qripp, nəfəs yolları ilthabları zamanı kəklikotu dəmləməsi və ya kəklikotulu çay əvəzsiz təbii müalicəvi vasitədir.

Bundan əlavə kəklikotunun bir çox digər faydalı xüsusiyyətləri də var:

- Son.az saglamolun.az-a istinadən bildirir ki, kəklikotu sinir sisteminin fəaliyyətinə müsbət təsir edir, yuxusuzluq, yorğunluq zamanı yardım edir, beyinin fəaliyyətini və intelekti stimullaşdırır, orqanizmin tonusunu artırır.

- Antiseptik xüsusiyyətlərə görə kəklikotu dəmləməsi bağırsaqlarda ziyanlı mikrobları öldürür.