Şəmkirdə ağır yol qəzası baş verib, ölən və yaralananlar var


Digərləri 27 Dek 2018 21:16:00 271 0

Şəmkirdə ağır yol qəzası baş verib, ölən və yaralananlar var

Şəmkir rayonunda yol qəzası baş verib.

Son.az "Report"a istinadən bildirir ki, hadisə Bakı-Qazax avtomobil yolunun Şəmkir rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, iki avtomobilin toqquşması nəticəsində 1 nəfərin öldüyü, daha 3 nəfərin isə yaralandığı bildirilir. Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.