Kral Salman kadr yerdəyişmələri aparıb


Dünya 27 Dek 2018 21:09:00 1065 0

Kral Salman kadr yerdəyişmələri aparıb

Kral Salman bin Əbdüləziz Əl Səudun fərmanı ilə onun başçılıq etdiyi Nazirlər Şurasında çoxsaylı kadr yerdəyişmələri aparılıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, dövlət başçısının fərmanına müvafiq olaraq, hökumətdə bir sıra nazirlər, o cümlədən Səudiyyə Ərəbistanının xarici işlər naziri əvəz ediliblər. Xarici siyasət idarəsinin yeni rəhbəri İbrahim əl Assaf təyin edilib. Daha əvvəl bu vəzifəni tutan Adel Əl Cubeyr xarici işlər üzrə dövlət naziri təyin olunub. Bu post krallığın hökumətində yeni yaradılıb.

İlk dəfədir ki, Krallığın Nazirlər Şurasında qadın yer tutub - İman əl Muteyri ticarət nazirinin köməkçisi təyin edilib.